» » Şəkidə unikal lüğət-

Şəkidə unikal lüğət- Foto

Bölmə: Mədəniyyət
Şəkidə unikal lüğət-
Şəkidə, Respublikamızda ilk təcrübə olan “İPƏKÇİLİK – izahlı lüğət” kitabı çapdan çıxıb.

Nəşri AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, geologiya-mineralogiya elmləri doktoru Zəkəriyyə Əlizadənin təşəbbüsü və təşkilatçılığı ilə mərkəzin əməkdaşları – elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Zərbalı Xəlilov, İpəkçilik laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Qüdürət Bəkirov, fizika-riyaziyyat elmləri namizədi İzzət Salmanov, elmi işçilər Həbibulla Manaflı, Adışirin Xəlilov və Yevgeniya Bəkirova tərəfindən hazırlanaraq çap edilib. Kitabın redaktoru filologiya elmləri doktoru Nəriman Seyidəliyevdir.

Azərbaycanda öz sahəsi üzrə ilk dəfə olaraq hazırlanan bu izahlı lüğətdə tut ipək qurdunun biologiya, biokimya, fiziologiya, ekologiya və genetikası, eləcə də onun yetişdirilməsi, ipəkçiliyin dünyada və Azərbaycanda tarixi, qrenanın və baramanın alınma texnologiyası, ipəkqurduna qulluq, onların ziyanvericilərdən və xəstəliklərdən qorunması və digər məsələlərlə bağlı mindən artıq işlək termin öz izahını tapıb.

Kitab elmi işçilər və tələbələr, eləcə də ipəkçiliklə maraqlanan bütün insanlar üçün nəzərdə tutulub. ans press
Şəkidə unikal lüğət-

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler