» » Azərbaycanın Xalq artistləri İtaliyada ustad dərsi keçəcək

Azərbaycanın Xalq artistləri İtaliyada ustad dərsi keçəcək

Bölmə: Mədəniyyət
Azərbaycanın Xalq artistləri İtaliyada ustad dərsi keçəcək
Martın 19-dan 26-dək İtaliyanın Florensiya şəhərinin L.Kerrubunu adına Konservatoriyasında “Erasmus” layihəsi çərçivəsində ustad dərsləri təşkil olunacaq.

Xalqinfo.az xəbər verir ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Florensiya Konservatoriyasının birgə layihəsi əsasında reallaşacaq ustad dərsləri çərçivəsində konsert proqramı da təqdim ediləcək.

Ustad dərsləri və konsert Bakı Musiqi Akademiyasının professorları, tanınmış vokalçılarımız Xalq artistləri Xuraman və Fidan Qasımova bacıları tərəfindən keçiriləcək.

Qeyd edək ki, layihə ölkələrarası mədəni əlaqələrin möhkəmləndirilməsini təmin etmək və milli mədəniyyətlərin mübadiləsini həyata keçirmək məqsədi daşıyır.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler