» » Daşkənddə təntənəli Novruz şənliyi

Daşkənddə təntənəli Novruz şənliyi

Bölmə: Mədəniyyət
Daşkənddə təntənəli Novruz şənliyi
Özbəkistandakı səfirliyimizin və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə (AMM) təntənəli Novruz şənliyi keçirilib.

Mədəniyyət Mərkəzinin həyətində keçirilən tədbirdə səfirliyin və mərkəzin əməkdaşları, Azərbaycan diasporunun üzvləri, Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, yerli və xarici jurnalistlər iştirak edib.

AMM-in direktoru Samir Abbasov Novruz bayramı münasibətilə şənliyə toplaşanları təbrik edib, bayramın tarixi, ənənələri haqqında məlumat verib. O vurğulayıb ki, Şərqdə yeni ilin gəlişi və təbiətin oyanmasını təcəssüm etdirən Novruz xalqlarımızın ən qədim və milli bayramıdır.

Diqqətə çatdırılıb ki, 2010-cu ildə Azərbaycanın təşəbbüsü ilə BMT Baş Məclisi yekdilliklə martın 21-nin Beynəlxalq Novruz Günü kimi tanınması ilə əlaqədar qətnamə qəbul edib.

O, bu əziz bayramın ta qədimdən Azərbaycanda hər bir ailədə qeyd olunduğunu, müstəqillik illərində isə daha təmtəraqla keçirildiyini diqqətə çatdırıb.

S.Abbasov vurğulayıb ki, Novruz bayramı ta qədimdən bolluq, bərəkət, xoşbəxtlik və paklıq rəmzi olub. Novruz həm də sülhə, əmin-amanlığa, etibar və vəfaya çağırış bayramıdır.

AMM-nin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi, İlham Abdullayev isə sazda qədim el havalarını ifa edib.

Özbəkistanın tanınmış müğənniləri İsrail Saidumarov, Uluqbek Racabov, Akbar Safarov və başqaları Azərbaycan və özbək mahnılarını təqdim ediblər.

Bir neçə saat davam edən şənlikdə qonaqlara şəkərbura, paxlava, qoğal və digər Novruz şirniyyatları təklif olunub.(Azərtac)

Daşkənddə təntənəli Novruz şənliyi
Daşkənddə təntənəli Novruz şənliyi
Daşkənddə təntənəli Novruz şənliyi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler