» » Polad Bülbüloğlunun UNESCO-nun baş direktoru vəzifəsinə namizədliyi rəsmən qeydə alınıb

Polad Bülbüloğlunun UNESCO-nun baş direktoru vəzifəsinə namizədliyi rəsmən qeydə alınıb

Bölmə: Mədəniyyət
Polad Bülbüloğlunun UNESCO-nun baş direktoru vəzifəsinə namizədliyi rəsmən qeydə alınıb
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlunun Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) baş direktoru vəzifəsinə namizədliyi təsdiq edilib.

Xalqinfo.az BMT Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, bunu UNESCO-nun İcraiyyə Şurasının sədri Maykl Vorbs qurumun baş direktoru vəzifəsinə doqquz namizədin adlarını rəsmən elan edərkən bildirib. Namizədlərin siyahısında Polad Bülbüloğlu ilə bərabər, Vyetnam, Misir, Qətər, Çin, Qvatemala, İraq, Livan və Fransa nümayəndələri yer alıb.

UNESCO-nun baş direktoru İcraiyyə Şurasının tövsiyəsi ilə Baş Konfrans tərəfindən təyin edilir. İcraiyyə Şurasının 2017-ci il aprelin 26-27-də keçiriləcək 201-ci sessiyası çərçivəsində doqquz namizədlə müsahibə aparılacaq. Oktyabr ayında Şuranın 202-ci sessiyasında gizli səsvermə keçiriləcək. Son qərar 2017-ci ilin noyabrında UNESCO-nun Baş Konfransının 39-cu sessiyasında qəbul ediləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler