» » “Avatar 2” filmini gözləyənlərə -

“Avatar 2” filmini gözləyənlərə - Bəd xəbər

Bölmə: Mədəniyyət
“Avatar 2” filmini gözləyənlərə -
“Avatar 2” fantastik filminin premyerası 2018-ci ildə baş tutmayacaq.

Xalqinfo” “Technote”yə istinadən xəbər verir ki, bu barədə filmin rejissoru Ceyms Kameron bildirib.

“Film 2018-ci ildə çıxmayacaq. Biz heç vaxt dəqiq premyera tarixini açıqlamamışdıq. Başa düşmək lazımdır ki, premyera tarixləri həmişə dəyişə bilər. Daha əvvəl də bildirdiyim kimi təkcə “Avatar 2” filmini çəkmirəm. Biz eyni vaxtda “Avatar 3”, “Avatar 4” və “Avatar 5” filmlərini çəkirik. Bu irimiqyaslı tapşırıqdır. Artıq növbəti 8 il ərzində nə ilə məşğul olacam. Və mən hansısa zaman çərçivələri ilə sıxışdırılmaq istəmirəm. Birinci filmin hazırlanmasına 4 il yarım sərf etmişdik. İndi isə bu filmlərin sayı 4-dür. İşlərə start vermişik və bu mənim bütün zamanımı alır. Çox güman ki, yaxın zamanda mən bu işlə həftədə 7 gün 24 saat ərzində məşğul olacam. Filmdə hadisələrin cərəyan edəcəyi ətraf mühitin və canlıların dizaynları artıq hazır vəziyyətdədir. İnanın ki, bu çox həyəcanlandırıcı işdir” – deyə Ceyms Kameron vurğulayıb.

Qeyd etmək lazımdır ki, Ceyms Kameron ikinci filmin təqribi çıxış tarixini bildirməyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler