» » Fransada Azərbaycanla bağlı tədbir -

Fransada Azərbaycanla bağlı tədbir - Fotolar

Bölmə: Mədəniyyət
Fransada Azərbaycanla bağlı tədbir -
Azərbaycanın Fransa Respublikasında Səfirliyi, “Azərbaycanın Dostları Assosiasiyası” və Parisdəki “Azərbaycan Evi” ilə birlikdə Beynəlxalq Novruz Günü (Bahar bayramı) münasibəti ilə Fransanın Arkaşon şəhərindəbir sıra tədbirlər təşkil edib.

Fransada “Azərbaycan Evi”nin rəhbəri, “Azərbaycanın Dostları Assosiasiyası”nın Baş katibi Mirvari Fətəliyevanın Modern.az -a verdiyi məlumata görə, ilk öncə Arkaşon şəhər bələdiyyəsində deputat-mer İvFulon, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, “Azərbaycanın Dostları Assosiasiyası”nın Prezidenti, deputat Jan-Fransua Mansel, Assosiasiyanın Baş Katibi, “Azərbaycan Mədəniyyət Evi”nin rəhbəri Mirvari Fətəliyeva arasında rəsmi görüş keçirilib. Daha sonra “Azərbaycan - ənənələr və müasirlik ölkəsi” mövzusunda konfrans öz işinə başlayıb. Tədbirə qatılan 300 nəfərdən çox iştirakçının Odlar Diyarı ilə yaxından və məmnunluqla tanış olması üçün Azərbaycanla bağlı qısa təqdimat olub.

Bunun ardınca səfir E.Əmirbəyovöz ölkəsinin tarixi, mədəniyyəti vəənənələri barədə konfrans iştirakçılarına daha ətraflı məlumat verib. Azərbaycan cəmiyyətində qadınların rolundan, ölkəmizin Cənubi Qafqazda liderlik rolundan, Fransa və Azərbaycan arasında mövcud olan yüksək səviyyəli münasibətlərdən danışıb.

Tədbirin sonunda ölkəmizdə ictimai həyatla, təhsillə, təbii sərvətlərlə bağlı və eləcə də, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi və Minsk Qrupunun həmsədrlərindən biri kimi bu münaqişənin həllində Fransanın rolu ilə bağlı iştirakçıların sualları cavablandırılıb və bununla da konfrans öz işini yekunlaşdırıb.

Ölkəmizlə tanışlıq saat 16:30-da “Bakı Media Mərkəzi”nin istehsalı olan və Azərbaycan Demokratik Respublikasının 1919-cu ilin yanvarında Paris Sülh Konfransına göndərdiyi nümayəndə heyətinin mürəkkəb taleyindən bəhs edən “Ömürlük ezamiyyət” adlı sənədli filmin göstərilməsi ilə davam etdirilib.

Filmə baxışdan sonra Arkaşon şəhərinin meri, deputat İvFulon Novruz bayramına və Azərbaycanla yaxından tanışlığa həsr edilən və martın 31-ə kimi davam edəcək foto və rəsm sərgisinin açılışını edib. Sərgidə nümayiş etdirilən foto və rəsm əsərlərinə baxışdan sonra tədbir Olimpiya Teatrında Azərbaycan nümayəndə heyətinin rəsmi qəbul mərasimi ilədavam etdirilib.

Səfir E. Əmirbəyov Meriya tərəfindən təşkil olunan qəbula görə“Azərbaycanın Dostları Assosiasiyası”na, “Azərbaycan Evi”nə və Arkaşon şəhər rəhbərliyinə minnətdarlığını bildirib. O, çoxlu sayda insanın qarşısında Azərbaycanda və eləcə də bir sıra qonşu ölkələrdə qeyd olunan bahar bayramının ənənələrindən və əsrlərlə Azərbaycanda möhkəmlənan mültikulturalizm mühitindən və müxtəlif millətlərin mehriban birgəyaşayış təcrübəsindən danışıb.

Sonda“Azərbaycanın Dostları Assosiasiyası” adından çıxış edən cənab Jan-Fransua Mansel, ölkəmizin multikultural dəyərlərə sadiqliyini və xüsusən, azərbaycanlıların qonaqpərvərliyini təqdir etdiyini bildirərək tədbir iştirakçılarını Assosiasiyanın təşkil etdiyi səyahətlərdə iştirak etməyə dəvət edib.

Arkaşon şəhərinin sakinləri və tədbirə qatılan qonaqlar yeni tanışlıqlarla zəngin olan bu günün sonunda Yusif Qasımovun bədii rəhbərliyi altında çalışan “Bakının ulduzları” rəqs ansamblının ifasında ənənəvi Azərbaycan rəqslərindən ibarət tamaşaya baxmaq imkanı qazandılar. Altı rəqqasın bir saat davam edən möhtəşəm ritmli rəqslərindən sonra min nəfərdən çox tamaşaçı rəqs qrupunun ifasındakı peşəkarlığa, gözəlliyə və zərifliyəheyranlığını gurultulu alqışlarla ifadə etdilər.

Fransada Azərbaycanla bağlı tədbir -
Fransada Azərbaycanla bağlı tədbir -
Fransada Azərbaycanla bağlı tədbir -
Fransada Azərbaycanla bağlı tədbir -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler