» » Binəqədidə misirli diplomatla görüş -

Binəqədidə misirli diplomatla görüş - Fotolar

Bölmə: Mədəniyyət
Binəqədidə misirli diplomatla görüş -
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin H.Sarabski adına Mədəniyyət Evinin “Bizim Evin Qonaqları” rubrikasının növbəti qonağı Misir səfirliyinin Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin Attaşesi və direktoru Ahmed Sami Elaydi ilə görüş keçirilib.

Mədəniyyət və Turizm Baş idarəsindən "Xalqinfo"ya verilən məlumata görə, görüş Binəqədi Mərkəzi mədəniyyət evində baş tutub.

İlk öncə qonaqlara Misir sərgisi və Nəsimi rayon MKS -nin 3 sayli filialının təşkil etdiyi Azərbaycan sərgisinə baxış keçirilib. Daha sonra qonaq üçün hazırlanmış video çarx təqdim edilib. Görüş qonaqla sual –cavab formatında davam edib.

Tədbirdə qonaq qismində Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin 1-ci Vitse prezidenti Rasim Məmmədov və Mərkəzin Xarici Əlaqələr şöbəsinin rəhbəri Nəcəf Qənbərov, AMEA-nın Nizami adına Ədəbiyyat institutunun professoru Imamverdi Həmidov, Nəsimi rayon HİK-nin sədri Aygün Məmmədova, kitabxana və mədəniyyət evlərinin direktorları iştirak ediblər.

Rubrikanın ənənəsinə sadiq olaraq musiqili qonaq qismində tanınmış rəqqas İlham və Röya cütlüyün ifasında Misir və Azərbaycan rəqsləri təqdim olunub.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə fotosu çəkilib.

Binəqədidə misirli diplomatla görüş -
Binəqədidə misirli diplomatla görüş -
Binəqədidə misirli diplomatla görüş -
Binəqədidə misirli diplomatla görüş -
Binəqədidə misirli diplomatla görüş -
Binəqədidə misirli diplomatla görüş -
Binəqədidə misirli diplomatla görüş -
Binəqədidə misirli diplomatla görüş -
Binəqədidə misirli diplomatla görüş -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler