» » “Batalyon” filmində Sərdar Həmidovun adı niyə çəkilmir? -

“Batalyon” filmində Sərdar Həmidovun adı niyə çəkilmir? - Rejissordan AÇIQLAMA

Bölmə: Mədəniyyət, GÜNDƏM
“Batalyon” filmində Sərdar Həmidovun adı niyə çəkilmir? -
Sərdar Həmidovun böyük xidmətləri olub. Adı çəkilməyib, amma filmdə onunla bağlı olan kadrlar var. Filmə baxsanız, həmin kadrları görə bilərsiniz. Sərdar Həmidovun böyük xidmətləri olub, bu, danılmazdır. Əsgərlərə hər zaman arxa-dayaq olub, əlində avtomat öndə gedib”.

Xalqinfo.az Modern.az saytına istinadən bildirir ki, Tərtər batalyonu və onun döyüşçüləri haqqında çəkilən “Batalyon” sənədli filminin rejissoru Nizami Abbas açıqlamasında deyib.

Qeyd edək ki, film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Yaddaş" sənədli filmlər studiyasında lentə alınıb. Filmdə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda qəhrəmanlıq göstərən batalyonun yaradıcılarından olan Sərdar Həmidovun adının çəkilməməsi ailə üzvləri və müəyyən çevrələr tərəfindən narazılıqla qarşılanıb.

Sərdar Həmidovu şəxsən tanıdığını və böyük xidmətlərini gözəl bildiyini deyən rejissor film efirə gedəndən sora daha geniş açıqlama verəcəyini bildirib:
“Film mənim versiyamda tamam başqa idi. İnşallah, onu Youtube-da yerləşdirəcəyəm. Amma filmdə Həmidov bilinir. Sizə deyim ki, həmi kadrlara pis münasibət də olmadı”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler