» » Xocalıya həsr olunmuş xatirə konserti London telekanalında

Xocalıya həsr olunmuş xatirə konserti London telekanalında

Bölmə: Mədəniyyət
Xocalıya həsr olunmuş xatirə konserti London telekanalında
Londonun Kovent Qarden rayonunda yerləşən “St.Paul’s Church” kilsəsində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş xatirə konserti haqqında video reportaj London LİVE televiziya kanalında yayımlanıb.

Xalqinfo” xəbər verir ki, ənənəvi anım konserti bu ilin fevralın 24-də “Xocalıya Ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə baş tutub.

Anım konsertində soprano səsinə malik Selcan Nəsibli “Sevil” operasından “Sevil”in ariyasını, pianoçu Ayan Salahova və violonçel ifaçısı Camal Əliyev isə bəstəkarlar Şopen və Raxmaninovun populyar əsərlərini ifa ediblər. Koncert fransız bəstəkarı Pyer Tilloyun həmin gecənin dəhşətlərini canlandıran "Xocalı 613" əsərinin ifası ilə yekunlaşıb. Əsər azərbaycanlı skripkaçı Nəzrin Rəşidova, latviyalı klarnetçi Anna Qaqane və Fransanın “Quatuor Chagall” adlı kamera ansamblı tərəfindən birgə ifa edilib.
Sonda tədbir iştirakçılarının hər birinə bu möhtəşəm konsertin CD diski hədiyyə edilib.

Məlumat üçün bildirək ki, London LİVE (Canlı yayım) televiziya kanalı Böyük Londonda, həmçinin peyk və kabel vasitəsilə yayımlanır. Onun 200 minə yaxın tamaşaçı auditoriyası var.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler