» » Əbülfəs Qarayev Almaniyaya getdi

Əbülfəs Qarayev Almaniyaya getdi

Bölmə: Mədəniyyət
Əbülfəs Qarayev Almaniyaya getdi
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 8-12 mart 2017-ci il tarixində keçiriləcək İTB Berlin Beynəlxalq Turizm Sərgisində iştirak etmək məqsədilə Almaniyanın Berlin şəhərində səfərdədir.

"Xalqinfo" xəbər verir ki, 7 mart tarixində sərginin açılış mərasimi, 8 mart tarixində isə Azərbaycanın stendinin açılışı baş tutacaqdır. Səfər çərçivəsində nazir Əbülfəs Qarayev ilə Ümumdünya Turizm Təşkilatının Baş katibi Taleb Rifai, Almaniya Bundestaqının deputatı, parlamentin Cənubi Qafqaz Dostluq Qrupunun sədri Karin Ştrens, İTB Berlin sərgisinin rəhbəri David Rüts və Bundestaqın Turizm Komitəsinin sədri Hayke Bremer arasında görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Əbülfəs Qarayevin həmçinin cari ilin 8 mart tarixində İTB Berlin sərgisi çərçivəsində keçiriləcək İpək Yolu ölkələrinin Turizm Nazirlərinin 7-ci görüşündə və Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi ilə bağlı tədbirdə iştirakı planlaşdırılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler