» » Əbülfəs Qarayev Beynəlxalq Turizm Sərgisinə qatılacaq

Əbülfəs Qarayev Beynəlxalq Turizm Sərgisinə qatılacaq

Bölmə: Mədəniyyət
Əbülfəs Qarayev Beynəlxalq Turizm Sərgisinə qatılacaq
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev martın 8-12-də keçiriləcək İTB Berlin Beynəlxalq Turizm Sərgisində iştirak etmək məqsədilə Almaniyanın Berlin şəhərində səfərdədir.

Xalqinfo.az bu barədə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, bu il martın 7-də sərginin açılış mərasimi, 8-də isə Azərbaycanın stendinin açılışı baş tutacaq. Səfər çərçivəsində nazir Əbülfəs Qarayev ilə Ümumdünya Turizm Təşkilatının Baş katibi Taleb Rifai, Almaniya Bundestaqının deputatı, parlamentin Cənubi Qafqaz Dostluq Qrupunun sədri Karin Ştrens, İTB Berlin sərgisinin rəhbəri David Rüts və Bundestaqın Turizm Komitəsinin sədri Hayke Bremer arasında görüşlərin keçirilməsi nəzərdə tutulub.
Əbülfəs Qarayevin həmçinin bu il martın 8-də İTB Berlin sərgisi çərçivəsində keçiriləcək İpək Yolu ölkələrinin Turizm Nazirlərinin 7-ci görüşündə və Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi ilə bağlı tədbirdə iştirakı planlaşdırılır.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler