» » Mülki Müdafiə Təlimi keçirilib

Mülki Müdafiə Təlimi keçirilib

Bölmə: Mədəniyyət, KİTAB ALƏMİ
Mülki Müdafiə Təlimi keçirilib

Bu gün AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) 2017-cı ilin Mülki Müdafiə tədbirlər planına müvafiq olaraq, "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunma qaydaları" mövzusunda növbəti kompleks mülki müdafiə təlimi keçirilib.

Xalqinfo.az xəbər verir ki, Mərkəzi Elmi Kitabxananın mülki müdafiə qərargahının rəisi Gülağa Cahangirov baş vermiş yanğınların söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, partlayış baş vermiş obyektdə kimyəvi kəşfiyyatın təşkili, axtarış-xilasetmə, zərərçəkmişlərə ilk həkim yardımının göstərilməsi, epidemiya, epizootiyaya qarşı mühafizə tədbirləri və adamların təhlükəsiz ərazilərə təxliyyəsi işlərinin aparılması ilə bağlı MEK kollektivinə və oxuculara geniş məlumat verib.

Təlimin keçirilməsində əsas məqsəd fövqəladə hallar zamanı kitabxana ərazisində MM planlarının reallığının əks etdirilməsi, mövcud xəbərdarlıq sxemi əsasında MM qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, mülki müdafiə qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsi, dəyəcək ziyanın müəyyən qədər azaldılmasının hərtərəfli, dərindən təhlil edilməsidir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler