“Gəlsinlər Sabirin, Nəsiminin heykəlini də dağıtsınlar...” Çingiz AbdullayevBölmə: Mədəniyyət
“Azəravtoyol” ASC tərəfindən Bakının İnşaatçılar prospektində, “Statistika dairəsi” adlanan ərazidə nakam şair Mikayıl Müşfiqin heykəlini Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırmadan sökməsi ictimaiyyət arasında hiddətlə qarşılanıb. Xalqinfo.az xəbər verir ki, dünyaca tanınmış yazıçı, Azərbaycan PEN-klubunun prezidenti Çingiz Abdullayev bu hadisəni acı ironiya ilə şərh edib. “Bununla kifayətlənmək lazım deyil, gəlsinlər Yazıçılar İttifaqının da binasını söksünlər, hansı ki, orada Stalin dövründə repressiyalara məruz qalmış Azərbaycan yazıçılarının adları var. Üstəlik müsəlmanlar haqqında xoşagəlməz şerlər yazan Sabirin heykəlini də dağıtmaq pis olmazdı, yaxud bütün şerlərini fars dilində yazdığına görə Nizaminin, vətənində ölməli olduğu halda Suriyada qətlə yetirilməyi üstün tutan Nəsiminin heykəlini dağıtmaq üçün nəyi gözləyirlər?”-yazıçı haqqin.az-a açıqlamasında deyib. Çingiz Abdullayev “Azəravtoyol”un rəhbərliyinə təkliflərini davam etdirərək onları “eyni səbəblərdən”, yəni məzarı başqa ölkədə olan və ümumiyyətlə üç dildə yazdığı üçün Füzulinin monumentini də dağıtmağa çağırıb. Yazıçı bildirib: “Bununla da dayanmaq olmaz. Bir halda ki, Müşfiqin heykəlini söküblər, gəlsinlər bütün qalan heykəlləri də söksünlər...”. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|