» » "Yeni söz" ədəbiyyat almanaxı nəşr edilib

"Yeni söz" ədəbiyyat almanaxı nəşr edilib

Bölmə: Mədəniyyət, KİTAB ALƏMİ
"Yeni söz" ədəbiyyat almanaxı nəşr edilib

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi istedadlı ədəbi gəncliyin yaradıcılığını işıqlandıran "Yeni söz" adlı ədəbiyyat almanaxı nəşr edib.

Mərkəzdən Xalqinfo.az verilən məlumata görə, kitabda 90-cı illərin sonlarından bu günümüzədək ədəbi fəaliyyəti ilə seçilən gənc istedadlı ədiblərin əsərləri - şeir və hekayələri yer alıb.
Nəşrin məqsədi Azərbaycan yeni ədəbiyyatının mənzərəsini təqdim etmək, gənc, istedadlı ədibləri ölkədə tanıtmaqdır. Gələcəkdə gənc müəlliflərin əsərlərinin müxtəlif dillərə tərcümə olunaraq, Azərbaycan ədəbiyyatının beynəlxalq müstəvidə tanıdılması istiqamətində layihələrdə təmsil edilməsi nəzərdə tutulur.
Toplunun ön sözünün müəllifi tanınmış tənqidçi Əsəd Cahangirdir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler