» » Naibə Allahverdiyeva xəstəxanaya düşdü -

Naibə Allahverdiyeva xəstəxanaya düşdü - Fotolar

Bölmə: Mədəniyyət
Naibə Allahverdiyeva xəstəxanaya düşdü -
Əməkdar artist Naibə Allahverdiyeva səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. Ötən ilin yay ayında əsəb dispanserində müalicə olunan aktrisanın bir neçə gün öncə halı yenidən dəyişib. Dünən isə o, təcili yardımla Bakı Sağlamlıq Mərkəzinə gətirilib.

Xalqinfo” Musavat.com-a istinadən xəbər verir ki, N. Allahverdiyeva qan təzyiqindən əziyyət çəkdiyini və keçirdiyi stress nəticəsində halının pisləşdiyini deyib:

“Bir müddət öncə yolda əsəb keçirdim, təzyiqim 250-ə qalxdı. Həmin ərəfədə müalicə olundum, səhhətim yaxşılaşdı. Sonra yenidən halım pisləşdi. Bütün orqanlarımı yoxlatmışam, sağlamam. Mənimki əsəbdəndir. Üç gün öncə yaşadığım gərginliklə bağlı təzyiqim qalxdı, dərman içsəm də, təzyiqim düşmədi. Dünən isə təcili yardım ilə xəstəxanaya gətirildim. Həkimlər sağ olsunlar, bacardıqlarını edirlər. Lakin hələ də özümü pis hiss edirəm, beynim pozulub, fikrim tez-tez dağılır. Həkimlər deyir əsəbdən krizis keçirirəm. Məni bu hala salan yaşadığım stressdir".

Danışarkən göz yaşlarını saxlaya bilməyən aktrisa gərginliyinin səbəbini isə tam açıqlamayıb: “Halım pisdir. əsəbi olmağımın səbəbini tam olaraq açıqlamaq istəmirəm. Onu deyim ki, bu hal iş qrafikim ilə bağlı deyil. Mən heç vaxt işdən qorxmamışam. Öz sənətimdən zövq alıram. Həyatımız tək işdən ibarət deyil. bu haqda danışmaq istəmirəm”.

Aktrisa danışa-danışa səhhətinin yenidən pisləşdiyini bir daha vurğulayır: “Başımda, ayaqlarımda dəhşət ağrı var. Ayaqlarımda üyüşmə var. Heç yaxşı deyiləm. Bilmirəm axırım necə olacaq”.

Naibə Allahverdiyeva xəstəxanaya düşdü -
Naibə Allahverdiyeva xəstəxanaya düşdü -
Naibə Allahverdiyeva xəstəxanaya düşdü -
Naibə Allahverdiyeva xəstəxanaya düşdü -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler