» » “Əsir düşərgəsi” kitabı çap olundu

“Əsir düşərgəsi” kitabı çap olundu

Bölmə: Mədəniyyət, KİTAB ALƏMİ
“Əsir düşərgəsi” kitabı çap olundu
“Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində “Əsir düşərgəsi” kitabı çap olunub.

Xalqinfo.az Axar.az- istinadən xəbər verir ki, jurnalist Vüsalə Məmmədovanın müəllifi olduğu və TEAS Press nəşriyyat evində çap olunan kitab Lent.az-da yayımlanmış eyniadlı layihə əsasında tərtib edilib.

Yeni nəşrdə toplanan doqquz hekayət Qarabağ müharibəsində ermənilərin əsir və girov götürdüyü insanların üzləşdikləri işgəncə və zorakılıqdan, yaşadığı dəhşətlərdən bəhs edir. Hekayətlər əsir və girovların dilindən qələmə alınıb.

Kitabda 1993-cü ildə könüllü olaraq Azərbaycan Milli Ordusunun sıralarına yazılaraq, Qarabağda döyüşən Türkiyə vətəndaşı Atilla Yumakın əsirlikdə yaşadıqlarından və digər xarici ölkə vətəndaşlarının göstərdiyi fədakarlıqdan da söhbət açılır.

Qeyd edək ki, nəşrin məqsədi Qarabağ müharibəsi həqiqətlərinin araşdırılması, yeni nəslə, həmçinin dünyaya çatdırılması yönündə daha bir addım atmaqdır. Müharibənin günahsız insanların taleyinə vurduğu silinməz zərbə və damğaları yenidən cəmiyyətə göstərmək, erməni vandalizminin şahidi olmuş insanların iztirablarını onların öz dilindən təqdim etməkdir. Kitabda bir çox faktlar geniş ictimaiyyətə birinci dəfədir çatdırılır.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler