» » Akademik Milli Dram Teatrında “Açıq qapı” günü keçiriləcək

Akademik Milli Dram Teatrında “Açıq qapı” günü keçiriləcək

Bölmə: Mədəniyyət
Akademik Milli Dram Teatrında “Açıq qapı” günü keçiriləcək
Fevralın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar “Açıq qapı” günü təşkil olunacaq.

Xalqinfo.az xəbər verir ki, teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Açıq qapı” günü çərçivəsində sənət ocağının yaradıcı kollektivi yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında səhnələşdirilən “Xəcalət” tamaşasını təqdim edəcək.

Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun quruluşunda hazırlanan tamaşanın quruluşçu rəssamı İsmayıl Məmmədov, bəstəkarı Xalq Artisti Səyavuş Kərimidir.

İkihissəli səhnə əsərində rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, Əməkdar artistlər Mətanət Atakişiyeva, Əlvida Cəfərov və digərləri ifa edəcək. Tamaşada müharibənin yaratdığı faciələr bir ailənin timsalında verilib və qaçqınlığın bu gün dünyanı narahat edən qlobal problemə çevrilməsinə xüsusi diqqət yetirilib.

Tamaşa Qarabağ müharibəsində çiyin-çiyinə vuruşan, lakin müharibədən sonra uzun müddət bir-birindən ayrı düşən iki uşaqlıq dostunun görüşündən bəhs edir.

Səhnə əsərinin nümayişində hər kəs iştirak edə bilər.


Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler