» » “14-15 yaşımda qadınların toyuna gedirdim” –

“14-15 yaşımda qadınların toyuna gedirdim” – Əməkdar artist + Video

Bölmə: Mədəniyyət
“14-15 yaşımda qadınların toyuna gedirdim” –
“Baloğlan yazardı, hamı oxuyub gülərdi”

ARB TV-nin “Gəlin danışaq” proqramının növbəti qonağı əməkdar artist Baloğlan Əşrəfov olub.

Maraqlı açıqlamalar verən əməkdar artist ilk olaraq sənəti barəsində söz açıb: ”Müəllim ailəsində doğulmuşam. Atam direktor idi. Məktəbin radio qovşağı var idi, fasilələrdə orada musiqi səsləndirirdim. Məktəbdə hamıdan seçilirdim. Rayonda tar məktəbi açılanda ilk qəbul olanlardan biri də mən olmuşam. 7-8-ci sinifdə oxuyanda kənddə qadınların toyuna gedirdim. İlk dəfə o vaxt əlimə pul gəldi, 14-15 yaşım olardı. Qazandığım pul da atama böyük dayaq olurdu. Kənddə yavaş-yavaş tanınmağa başladım. Rayon mərkəzində bir müsabiqə keçirilirdi. Gedib iştirak edib qayıtdım. Qayıdandan sonra kəndimizin mədəniyyət evində tədbirlər keçirməyə başladım. Bakıdan mötəbər şəxs kəndimizə gəlmişdi. Mən də uzun zaman idi məşq edirdim. Mənim orada oxuduğum mahnı o qədər maraqla qarşılandı ki, hər kəs əl çaldı. İkinci dəfə oxudum. Bir günün içində hər kəs məni tanıdı”.

Daha sonra sənətçinin yaxın dostlarından olan İttifaq Ağakişiyev, Baloğlan Əşrəfov barəsində fikirlərini səsləndirib:

İttifaq Ağakişiyev (Baloğlan Əşrəfovun dostu): “Onunla bir yerdə böyümüşük. Onu el şənliklərinə mən aparırdım. Bəzi mahnılar vardı ki, toyda birlikdə oxuyardıq. O, ara mahnılarını oxumazdı. Əgər tələb çox olardısa, həmin mahnının sözlərini 90% dəyişərdi. Onun söz ehtiyatı çox idi. Bir də görürdün ki, toyun ortasında nəsə xırda bir şey yazırdı, bizə verərdi, hamı oxuyub gülərdi”.




Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler