» » Bu gün bütün dünyada bayramdır

Bu gün bütün dünyada bayramdır

Bölmə: Mədəniyyət
Bu gün bütün dünyada bayramdır
Bu gün bütün dünyada Beynəlxalq Ana Dili Günüdür.

Xalqinfo.az xəbər verir ki, 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-nin Beynəlxalq Ana Dili Günü elan edilməsi haqda qərar qəbul edilib.

Beynəlxalq Ana Dili Günü 21 fevral 2000-ci ildən dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir.

Hadisənin tarixi 1952-ci ilə dayanır. Həmin vaxt Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiya zamanı 4 banqladeşli tələbə polis tərəfindən qətlə yetirilir. Banqladeş nümayəndələri hadisənin baş verdiyi günün - fevralın 21-nin həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq Ana Dili Günü adlandırılması ilə bağlı müraciət edirlər. Bundan sonra YUNESKO-nun 1999-cu il noyabr tarixində keçirilən Baş konfransının 30-cu sessiyasında fevral 21-i Beynəlxalq Ana Dili Günü elan olunur.

Dil tarixin, mədəniyyətin daşıyıcısı olaraq, hər bir ölkənin tarixində mühüm rol oynayır. Bu mənada Azərbaycan dili də xalqımızın tarixinin, mədəniyyətinin sağlam dayaqlar üzərində qurulmasında böyük əhəmiyyət kəsb edir. Azərbaycanda dil siyasətinin əsası hələ 1970-ci ildə qoyulub. Heydər Əliyev həmin il BDU-nun 50 illik yubileyində Azərbaycan dilində çıxış edib. Daha sonra Azərbaycan dili dövlət əhəmiyyətli tədbirlərə yol açıb. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi haqda tarixi qərar qəbul olunub.


Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler