» » Millət vəkilinin Türkiyədə imza günü keçirildi - Foto

Millət vəkilinin Türkiyədə imza günü keçirildi - Foto

Bölmə: Mədəniyyət
Millət vəkilinin Türkiyədə imza günü keçirildi - Foto
Millət vəkili Qənirə Paşayevanın “Vətən qoxusu” kitabının Türkiyənin Muğla Universitetində imza günü keçirilib.

Xalqinfo.az xəbər verir ki, mərasimdə Muğla valisi, bələdiyyə başqanının müavini, Muğla Sıtkı Kocaman Universitetinin rektoru, universitetin alimləri, tələbələr, QHT və KİV nümayəndələri iştirak edib.

İmza mərasiminə böyük diqqət göstərək, iştirak edənlərə və təşkilatçılara təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva Axısxa türklərinin öz vətənlərindən zorla sürgününü qələmə aldığı “Vətən qoxusu” kitabı barədə məlumat verib və gənclərin iştirakı ilə imza mərasiminin keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Dağıq Qarabağ, Axıska, Krım, Kərkük, Türkməndağından danışan millət vəkili gəncləri ortaq tariximizi yaxşı oxumağa, öyrənməyə çağırıb.

Millət vəkili Q.Paşayeva tədbir iştirakçıları üçün kitablarını imzalayıb və bir sıra türk toplumlarının QHT rəhbərləri, aydınları ilə görüşərək fikir mübadiləsi aparıb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler