» » Nazir turizm formunun açılışında -

Nazir turizm formunun açılışında - Fotolar

Bölmə: Mədəniyyət
Nazir turizm formunun açılışında -
Fevralın 16-da İstanbulda III Ümumdünya Turizm Forumunun (World Tourism Forum) rəsmi açılışı olub.

"Xalqinfo" xəbər verir ki, rəsmi şəxslərin və böyük turizm şirkətləri rəhbərlərinin də iştirak etdikləri açılış mərasimində Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təmsil edib.

Rəsmi açılışda Türkiyənin Baş naziri Binəli Yıldırım çıxış edib.

Dünyada sülhün və sabitliyin bərqərar olunmasını beynəlxalq turizmin əsas inkişaf istiqaməti kimi dəyərləndirən Baş nazir vurğulayıb ki, turizm mədəniyyətlərin inteqrasiyasında, xalqlar arasında fərqli cəhətlərin yaxınlaşmasında mühüm əhəmiyyət daşıyır.

Təşkilat komitəsindən məlumat verilib ki, Forum çərçivəsində 20 ölkədən 150-dək beynəlxalq məruzəçi dinləniləcək. Bundan başqa, “Tourism 100” adlı təqdimatla dünyanın 100-dək nəhəng turizm şirkətinin adı açıqlanacaq.

Bununla yanaşı, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Forum çərçivəsində bir sıra rəsmi şəxslərlə fikir mübadiləsi aparıb.

Nazir turizm formunun açılışında -
Nazir turizm formunun açılışında -
Nazir turizm formunun açılışında -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler