» » Musiqili Teatr Beynəlxalq festivala gedir

Musiqili Teatr Beynəlxalq festivala gedir

Bölmə: Mədəniyyət
Musiqili Teatr Beynəlxalq festivala gedir

Azərbaycan Dövlət Musiqili Teatrı daha bir Beynəlxalq festivala dəvət olunub.

Xalqinfo.az "Axşam.az"-a istinadən xəbər verir, söhbət Türkiyə Cümhuriyyətində təşkil olunan 18-ci Trabzon Beynəlxalq Qara dəniz Teatr Festivalından gedir. Hər il bir çox dünya ölkələrinin qabaqcıl teatrlarının qatıldığı festival 2017-ci il 2-15 may tarixlərində Trabzon şəhərində baş tutacaq. Festivalın əsası 2000-ci ildə Türkiyə Dövlət Teatrları Baş İdarəsi tərəfindən qoyulub.

“18-ci Trabzon Beynəlxalq Qara dəniz Teatr Festivalına dəvət edilməyimiz bizim üçün çox xoş oldu. Xalqlar, millətlər, dövlətlər arasında sülh, dostluq və qardaşlığın təbliği məqsədilə keçirilən festival çox rəgarəng və zəngin proqrama malikdir. Belə ki, festival çərçivəsində müxtəlif tədbirlər – həmrəyliyin nümayişi olan iştirakçıların şəhərdə yürüşü, dünyanın məşhur rejissor və dramaturqları ilə görüşlər, ustad dərsləri, konfranslar, sərgilər təşkil olunur. Azərbaycanı bu nüfuzlu festivalda təmsil etmək bizdə qürur doğurur” deyə, teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib.


Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler