» » Yeni kinoteatr fəaliyyətə başladı

Yeni kinoteatr fəaliyyətə başladı

Bölmə: Mədəniyyət
Yeni kinoteatr fəaliyyətə başladı
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evində kinoteatr fəaliyyətə başlayıb. Kinoteatrın 300 nəfərlik zalı Şüvəlan və ətraf qəsəbə sakinlərinin asudə vaxtlarını daha maraqlı və əyləncəli keçirmələri üçün imkan yaradır.

"Xalqinfo" xəbər verir ki, kinotetrda ilk ictimai baxış rejissor Elxan Cəfərovun “Yarımçıq xatirələr” adlı filmi olub.

Nəzərə çatdırırıq ki, kinoteatrda martın sonunadək Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının “Bizim kino günləri” layihəsi çərçivəsində “Yarımçıq xatirələr” (3-8 fevral), “Qatil” (9-15 fevral), “İçəri şəhər” (16-22 fevral), “Axınla aşağı” (23 fevral-1 mart), “Xeyirlə şərin rəqsi” (2-8 mart), “Dərs” (9-15 mart), “Qırmızı bağ” (16-22 mart), “Yaddaş” (23-29 mart) filmləri nümayiş olunacaq.

Biletlərin qiyməti 2 AZN təşkil edir, 6 yaşa qədər uşaqlar üçün giriş pulsuzdur.

Həmçinin, kinotetrda komediya, dram, fantastik janrlarda olan filmlər, azyaşlı tamaşaçılar üçün isə cizgi filmləri nümayiş olunacaq.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler