» » "Uzun yollar" sənədli filminin təqdimatı keçiriləcək -

"Uzun yollar" sənədli filminin təqdimatı keçiriləcək - VİDEO

Bölmə: Mədəniyyət
"Uzun yollar" sənədli filminin təqdimatı keçiriləcək -
Dağlıq Qarabağ münaqişəsi və köçkünlər haqqında çəkilən"Uzun yollar" sənədli filminin təqdimatı keçiriləcək. Modern.az saytı xəbər verir ki, təqdimat fevralın 17-də saat 11:00-da Beynəlxalq Mətbuat Mərkəzində baş tutacaq. Sənədli film Humanitar Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “Məcburi köçkünlər haqqında sənədli film” layihəsi çərçivəsində hazırlanıb. Konliktoloq Əvəz Həsənovun ssenari müəllifi və Eldəniz Elgünün rejissoru olduğu UZUN YOLLAR sənədli filmi Azərbaycanda öz torpaqlarından qovulmuş insanlara həsr olunur.
Konliktoloq Əvəz Həsənovun Ssenari müəllifi, Eldəniz Elgünün rejissoru olduğu "Uzun yollar" sənədli filmi Azərbaycanda öz torpaqlarından qovulmuş insanlara, ömrünün 20 ilindən çoxunu münaqişənin təsirlərində yaşayan taleyinə məcburi köçkünlük yazılmış insanlara həsr olunur. O insanlar ki, həyatlarında qazandıqlarını bir anın içində itirdilər. Onlar bütün çətinliklərindən keçib gələrək bu gün həyatın üzünə dik baxmağı bacardılrar.
Filmin qəhramanları Şuşa, Kəlbəcər, Laçın, Agdam rayonlarından olan məcburi köçkünlərdir. Filmdə qəhramanların Dağlıq Qarabağ və ətraf rayonların ermənilər tərəfindən işğalından əvvəlki həyatı əks olunmuş, onların məcburi kökçün düşdükləri dövr və sonrakı tarixçələri əks etdirilmişdir. Sənədli filmin şəkilişləri Bakı, Ağdam, Bərdə, Tər-tər və Gəncə şəhərlərində aparılmışdır.
Filmin əsas qəhramanları Şuşa şəhər sakini Elşən Muradov hal-hazırda Bakı şəhərində yaşayır və gecə növbətçisi kimi çalışır. Laçın rayonundan olan Yaqub İsfəndiyarov saç bərbəri kimi çalışmaqla Xlrdalan şəhərində yaşayır. Kəlbəcər rayon sakini pensioner Bagdad Mirzəyeva Bərdə şəhərində məskunlaşıb. Tər-tər rayonundan olan Tofiq Misirov Bakıda kiçik bizneslə məşğuldur. Ağdam rayonundan olan Mirsəyyaf Abdullayev heykəltaraşlıq ilə məşğuldur. Ağdam rayonundan olan cərrah Sadiq Əzimov hal hazırda Bakı şəhərində yaşayır. Səadət Feyziyeva Ağdam rayonunda həkim işləyir. Rüfət Müseyibli hal hazırda tələbədir.



Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler