» » Kübra Dadaşova vəfat etdi

Kübra Dadaşova vəfat etdi

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR, MANŞET
Kübra Dadaşova vəfat etdi
Gənc tamaşaçılar teatrının aktrisası, Azərbaycanın əməkdar artisti Kübra Dadaşova vəfat edib.

“Xalqinfo” xəbər verir ki, teatrdan APA-ya verilən məlumata görə, aktrisa bu gün axşam saatlarında dünyasını dəyişib.

Onun şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Əməkdar artist sabah dəfn olunacaq.

Qeyd edək ki, Kübra Dadaşova 31 avqust 1957-ci ildə doğulub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib.

O, yaradıcılıq fəaliyyətinə 1982-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında başlayıb. 16 may 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunub.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler