» » Xalq artistlərindən Canəli Əkbərova cavab:

Xalq artistlərindən Canəli Əkbərova cavab: "İstəyirsən, söy məni..."

Bölmə: Mədəniyyət
Xalq artistlərindən Canəli Əkbərova cavab:
Muğam müsabiqəsinin münsiflər heyətinə buraxılmaması xalq artisti Canəli Əkbərovu hiddətləndirib. O, yerli mətbuata müsahibəsində sənət yoldaşları haqda xoşagəlməz fikirlər səsləndirib, onları təhqir etməkdən belə çəkinməyib.

Xalq artsitlərinin Canəli Əkbərova cavabı gecikməyib. Arif Babayev AzVision.az-a açıqlama verərək C.Əkbərovun fikirlərinə əhəmiyyət vermədiyini deyib.

"Canəli, biz sənə sözümüzü demişik. İndi hara istəyirsən müsahibə ver, nədən istəyirsən danış. Əsas odur ki, biz sözümüzü dedik və qərarımızı verdik. İstəyirsən söy məni".

Xalq artisti Səkinə İsmayılova əvvəlcədən bu cür təhqirlərin olacağını gözlədiyini deyib:

“Canəli Əkbərovdur da. Biz onun müsabiqəyə gəlməsinə razı olmamışıq deyə acıqlıdır. Xırdalamaq istəmirəm. Biz bilirdik ki, onun reaksiyası özü kimi-Canəlifason olacaq”.

Qeyd edək ki, Canəli Əkbərov KİV-ə müsahibəsində Mənsum İbrahimov, Arif Babayev, Səkinə İsmayılova və digər sənətkarlar haqqında xoşagəlməz sözlər deyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler