» » “Bıçaq başımdakı şlyapanı tərpətdi” -

“Bıçaq başımdakı şlyapanı tərpətdi” - Xalq artisti

Bölmə: Mədəniyyət
“Bıçaq başımdakı şlyapanı tərpətdi” -

“Ömrün fəsilləri” verilişin qonağı xalq artisti Rafiq Əzimov olub.

Xalqinfo” xəbər verir ki, xalq artisti keçmişdə çalışdığı tərəf müqabillərinin indi həyatda olmamasına təəssüfləndiyini bildirib.Aktyor daha sonra "Arxadan Vurulan Zərbə" filmində olan çətin səhnələrdən söz açıb:

"Çox maraqlı ssenarisi var, çətin səhnələr çoxdur. Döyüş, atla, Qurd Cəbrayılla səhnələr var idi. Bu filmi müxtəlif məkanlarda çəkdik. Qaxda, Zaqatalada, Mingəçevirdə və Qubada... Artıq biz orada at çapa bilirdik və fəal döyüş səhnələrimiz var idi".

Xalq artisti həmçinin adı çəkilən filmin çəkilişi zamanı başına gələn təhlükəli hadisədən də danışıb:

“Hələ məşq edirdik. Aparatlar qurulmuşdu. Çəkilişlər Zaqatalada gedirdi. Sirkdən bıçaq atan gətirmişdilər. 10 metr uzaqdan ağaca bıçağı düz atırdı. Bir dənə boş bıçaq atmırdı. Məşqdə mənə göstəriş verildi və mən hərəkət etdim. İkinci göstəriş bıçaq atana verildi, 3-cü göstəriş yenidən mənə verildi ki, əyilim. Bir dubl çəkildi və mən əyildim.

Sonra Arif mənə dedi ki, Əzimov gəl bir də çəkək. İkinci dublda göstəriş mənə gec verildi. Artıq mən qalxanda bıçaq başımın üstündəki şlyapanı tərpətdi. Elə bildim ki, küləkdir. Heç nə hiss etmədim. Ancaq texniki işçilər heyrətlə birdən qalxıb, gəlib mənim başıma baxdılar. Onda məni vahimə basdı. Arifin bir sözü oldu ki, anan sənin namaz üstündəymiş".


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

“Bıçaq başımdakı şlyapanı tərpətdi” -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler