» » Rəşad Sadıqova yeni vəzifə verildi

Rəşad Sadıqova yeni vəzifə verildi

Bölmə: Mədəniyyət
Rəşad Sadıqova yeni vəzifə verildi

UEFA-nın A kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vuran Rəşad Sadıqov bu mövsümün əvvəlindən “Qarabağ”ın U-19 komandasını çalışdırır.

Xalqinfo” sportal.az-a istinadən xəbər verir ki, Sadıqov klubda məşqçilik fəaliyyətinə başladığı gündən digər yaş qruplarında olan komandalara da köməklik göstərir, onlarla yaxından maraqlanırdı. Bu barədə bir müddət əvvəl mətbuatda məlumat yer almışdı.

Əldə etdiyimiz məlumata görə, Qurban Qurbanov akademiyada işin keyfiyyətini artırmaq üçün Rəşad Sadıqova yeni iş həvalə eləyib. Belə ki, bundan sonra Sadıqov U-19-da baş məşqçi olmaqla yanaşı, U-17,U-16 və U-15 komandalarına cavabdeh olacaq və klubda koordinator vəzifəsində çalışacaq. Məşqçilərin fəaliyyətinə, seleksiya işlərinə və digər məsələlərə sorumlu məhz Rəşad Sadıqov olacaq.
Qeyd edək ki, Rəşad Sadıqov bu il aprelin 24-dən etibarən UEFA-nın PRO kateqoriyalı məşqçi kurslarına qatılacaq.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler