» » Azərbaycan “Avroviziya”nın I yarımfinalında çıxış edəcək

Azərbaycan “Avroviziya”nın I yarımfinalında çıxış edəcək

Bölmə: Mədəniyyət
Azərbaycan “Avroviziya”nın I yarımfinalında çıxış edəcək

Azərbaycan “Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalında çıxış edəcək.

Xalqinfo.az xəbər verir ki, Ukrayna paytaxtı Kiyevdə baş tutacaq mahnı müsabiqəsinin ilk yarımfinalı mayın 9-da, ikinciyarım finalı isə mayın 11-də baş tutacaq.

Azərbaycanı təmsil edən müğənni Dinada Hacıyeva ilk yarımfinal mərhələsində İsveç, Çenoqoriya, Finlandiya, Gürcüstan, Portuqaliya, Belçika, Avstraliya və Albaniya ilə yarışacaq.

Final şousu mayın 13-də olacaq.


Qeyd edək ki, Diana Hacıyeva 1989-cu ildə Bakı şəhərində anadan olub. Uşaqlıqdan musiqi ilə məşğul olub. Fortepiano dərsləri alıb və caz musiqisi ilə maraqlanıb. “Bəri bax” musiqi kollektivində çalışıb. 2006-cı ildə Bakı şəhərində 16 saylı orta məktəbi bitirib. Bundan sonra Bakı Musiqi Akademiyasına daxil olub. "Xor dirijorluğu" peşəsinə yiyələnib. Bu illər ərzində caz ilə professional şəkildə məşğul olmağa başlayıb.

Hazırda Bakı Caz Mərkəzində çalışır.

Diana Hacıyeva evlidir. 2009-cu ildə ailə həyatı qurub.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler