» » Həkimlər Tahir Əkbərə efir qadağası qoyublar


Həkimlər Tahir Əkbərə efir qadağası qoyublar

Bölmə: Mədəniyyət
Həkimlər Tahir Əkbərə efir qadağası qoyublar

“Həkimlər səhhətimlə əlaqədar televiziya verilişlərində iştirakıma qadağa qoyub”.

Xalqinfo” xəbər verir ki, bunu AzVision.az-a Əməkdar incəsənət xadimi, tanınış bəstəkar Tahir Əkbər deyib.

Bu yaxınlarda səhhəti pisləşən bəstəkar hazırda özünü yaxşı hiss etdiyini bildirib.

“Hazırda vəziyyətim yaxşıdır. Müalicələrimi davam etdirirəm. Bildiyiniz kimi il yarım əvvəl ağır beyin əməliyyatı keçirmişəm. Beynimi çox yormaq olmaz. Amma həkimlərin tapşırıqlarına əməl etmədim. Normadan artıq işlədim. Elə musiqi əsərləri oldu ki, onları təxirə sala bilmədim. Yaradıclıq çətin prosesdir. Həkim mənə dedi ki, bu qədər işləmək olmaz, artıq dincəlməlisən. Nədənsə, həkimin sözünə qulaq asmadım. Nəticədə səhhətimdə problem yarandı. Gördüm ki, artıq dilim söz tutmur. Şükürlər olsun ki, indi yaxşıyam. Ciddi problem yoxdur. Bir az dincəlməyə ehtiyacım var”,- T.Əkbər deyib.

Bəsətkar müalicəsi bitdikdən sonra yenidən yaradıcılıqla məşğul olacağını söyləyib: “Bu yaxınlarda mənə yaxşı iş təklifi ediblər. Səbirsizliklə gözləyirəm ki, yenidən işə başlayım. Ancaq həkimlər televiziyalara çıxmağıma qadağa qoyublar. Dedilər ki, lazım deyil, həyacanlana bilərsən”.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler