» » “Oskar” mükafatına namizədlərin adları açıqlanıb

“Oskar” mükafatına namizədlərin adları açıqlanıb

Bölmə: Mədəniyyət
“Oskar” mükafatına namizədlərin adları açıqlanıb

Los-Ancelesdə illik "Oskar" mükafatının nominantlarının adlarının elan olunması mərasimi keçirilir. Xalqinfo.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu il ABŞ Kino Sənəti Akademiyası ən yaxşı kişi aktyor üçün nəzərdə tutulmuş mükafata 5 namizəd müəyyənləşdirib.

"Ən yaxşı kişi aktyor" kateqoriyasına Keysi Afflek ("Dəniz kənarında Mançester", Manchester by the Sea), Denzel Vaşinqton ("Hasarlar", Frences), Rayan Qoslinq ("La La Lend", La La Land), Viqqo Mortensen ("Kapitan Fantastik", Captain Fantastic) və Endryu Qarfild ("Döyüş vadisi", Hacksaw Ridge) daxil edilib.

Ən yaxşı rejissor adı uğrunda Deni Vilnöv ("Gəliş"), Mel Gibson (Döyüş vadisi), Demyen Şazell (La La Lend), Kennet Lonerqan (Dəniz kənarında Mançester) və Barri Cenkins (Ay işığı) yarışacaq.

Ən yaxşı film nominasiyasında isə "Gəliş", "Hasarlar", "Döyüş vadisi", "Hər vəchlə", "Gizli fiqurlar", "La La Lend", "Aslan", "Dəniz kənarında Mançester" və "Ay işığı" filmlərindən biri qalib elan olunacaq.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler