» » Daha bir əməkdar artist vəfat etdi

Daha bir əməkdar artist vəfat etdi

Bölmə: Mədəniyyət
Daha bir əməkdar artist vəfat etdi

Gəncə Dövlət Dram Teatrının aktyoru, Respublikanın əməkdar artisti Faiq Qasımov dünyasını dəyişib.

"Xalqinfo" ARB-yə istinadən xəbər verir ki, realist aktyor məktəbinin istedadlı nümayəndəsi olan əməkdar artist, ömrünün 52 ilini bu sənətə həsr edib.

Əməkdar artist Teatr Xadimlər İttifaqının üzvü, “Qızıl Dərviş” mükafatı laureatı adına layiq görülüb. 25 avqust 1948-ci ildə dünyaya gələn Faiq Qasımov 68 yaşında vəfat edib. Vida mərasimi 24 yanvar 2017-ci il saat 11:00-dan 14:00-dək Gəncə Dövlət Dram Teatrının binasında olacaq.

O, Fəxri xiyabanda dəfn ediləcək.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler