» » Deputatdan “Recep İvedik”ə müraciət - “O səhnə filmdən çıxarılsın”

Deputatdan “Recep İvedik”ə müraciət - “O səhnə filmdən çıxarılsın”

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR, MANŞET
Deputatdan “Recep İvedik”ə müraciət - “O səhnə filmdən çıxarılsın”

Türkiyə-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun rəhbəri, AK partinin Adana üzrə millət vəkili Necdet Ünüvar “Recep İvedik 5” filmində yer alan türk və azərbaycanlı boksçuların döyüş səhnəsinə və aralarındakı dialoqa etirazını bildirib.

Xalqinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumta görə, deputat o səhnənin filmdən çıxarılması üçün prodüserlə Şahan Gökbahara məktub yazacağını söyləyib.

Deputatdan “Recep İvedik”ə müraciət - “O səhnə filmdən çıxarılsın”














“Filmdə bir boks səhnəsi var. Bu səhnədə Türkiyə və Azərbaycan vətəndaşı olan iki boksçunun döyüşü təsvir olunub. Orada dialoq və mübarizə var. Mən ordakı şişirdilmiş dialoqlar və səhnələrə görə çox narahat oldum”, - deyə N. Ünüvar vurğulayıb.

Ünüvarın sözlərinə görə, Azərbaycandan olan çoxlu dostu filmin fraqmentini izlədikdən sonra ona zəng edərək narahatlıqlarını ifadə ediblər: “Türkiyə ilə Azərbaycan eyni dil, mədəniyyət, tarixi dostluq və qardaşlıq əlaqələrinə malikdir. Bir film səhnəsi ilə bu dostluq pozularmı? Pozula bilməz, amma niyə də hər hansı filmdə bir-birimizi narahat edəcək, qıracaq dialoq, səhnə olsun? Açıq şəkildə desək, ordakı danışıqlardan narahat oldum. Siz güldürməyi qarşınıza məqsəd qoya bilərsiniz, bəlkə də buna gülən bir-iki nəfər də ola bilər, amma buna kədərlənən insanlar daha çox olacaq”.

N. Ünüvar Türkiyə ilə Azərbaycanın ətlə dırnaq kimi olduğunu, biri üzülsə digərinin üzüləcəyini, biri sevinsə, digərinin də sevinəcəyini bildirib: “Bu cür mübarizələrdə kim qalib gəlsə, o biri matçdan sonra qarşı tərəfi centlmen kimi təbrik edər. Hər iki ölkənin digər dövlətlərin idmançıları ilə mübarizəsində həmişə Türkiyə Azərbaycanı, Azərbaycan da Türkiyəni dəstəkləyir, vətəndaşlarımız qarşılıqlı olaraq bayraqlarımızı dalğalandırır. Bizim vərdiş etdiyimiz səhnə məhz budur. Bu filmin bəhanə edilərək yüksək səviyyədə olan Türkiyə-Azərbaycan dostluğunu zədələyəcək birilərinin ağzına söz salması lazım deyil”.

Qeyd edək ki, Ş. Gökbahar İnstaqram hesabında bu müzakirələrə aydınlıq gətirib və belə bir niyyətinin olmadığını deyib: “Biz kədərləndirmək üçün deyil, güldürmək üçün varıq... Bizdən qardaş ölkəmizə qarşı səhv addım olmaz... “Receb İvedik” fraqmentindəki səhnənin səhv anlaşılmaması üçün filmdəki hissəni paylaşırıq. Receb İvedikin ağzından çıxanlar nəymiş? Azərbaycandakı sevənlərimizə qovuşmağa atıram. Hamınızı sevirəm”.





Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler