» » Maslyakov rəsmi Bakının reaksiyasına münasibət bildirdi

Maslyakov rəsmi Bakının reaksiyasına münasibət bildirdi

Bölmə: Mədəniyyət
Maslyakov rəsmi Bakının reaksiyasına münasibət bildirdi

Qondarma "Dağlıq Qarabağ respublikası"ndan heç bir komanda Soçi şəhərində keçirilən beynəlxalq KVN (“Şən və hazırcavablar klubu”) festivalında iştirak etməyib.

"Xalqinfo" xəbər verir ki, bunu RİA "Novosti"yə KVN-nin aparıcısı, “AMİK” Televiziya Yaradıcılıq Birliyinin baş direktoru Aleksandr Maslyakov rəsmi Bakının qondarma qurumdan olan komandaların festivala dəvət olunmasına göstərdiyi mənfi reaksiyaya münasibət bildirərkən deyib.

Bundan əvvəl qondarma qurumdan “S xlebom i solyu” və “DeleYaman” komandalarının KVN festivalına dəvət olunduğu barədə məlumat yayılıb. Ardınca Azərbaycan XİN-i bu dəvətin Rusiya ilə tərəfdaşlığa zidd olduğunu bəyan edib.

"Qondarma "DQR"nin komandaları heç vaxt beynəlxalq festivalda iştirak etməyib. Festivala dəvət KVN saytında qeydiyyatda olan bütün istifadəçilərə avtomatik olaraq göndərilir. KVN həmişə siyasətdən kənar və millətlərarası münaqişələrin qızışdırılmasına qarşı olub", - deyə Maslyakov bildirib.

Onun sözlərinə görə, 55 il ərzində Klubda bir dəfə də olsun münaqişəli vəziyyət yaranmayıb.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler