» » Brilliant Dadaşova dinini dəyişib? - Açıqlama

Brilliant Dadaşova dinini dəyişib? - Açıqlama

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR, MANŞET
Brilliant Dadaşova dinini dəyişib? - Açıqlama

Xalq artisti Brilliant Dadaşova dininin dəyişməsi ilə bağlı yayılan xəbərlərə reaksiya verib.

Xalq artistinin adından “Qafqazinfo”ya daxil olan açıqlamada bu xəbər təkzib olunur və bir neçə gün əvvəl kilsədə keçirilən Milad Bayramında iştirakına aşağadakı kimi aydınlıq gətirilib: "İsa peyğəmbərə məhəbbəti mənə Müqəddəs Qurani-Kərimi əzbər bilən rəhmətlik nənəm öyrədib. Mən Allahın bir olduğuna inanıram və hər zaman 7 yanvarda, İsa peyğəmbərin doğum günü kilsəni ziyarət edirəm.

Biz multikulturalist ölkəyik və insanları dini mənsubiyyətinə görə heç vaxt bir-birindən fərqləndirməmişik. Mənim üçün müxtəlif mədəniyyətlər hər zaman maraq kəsb edib və fəxr edirəm ki, ölkəmizdə bütün dinlər və mədəniyyətlərə dərin hörmət və ehtiram var. Əgər qastrol səfərlərində müsəlman ölkəsindəyəmsə, məscidlərə, xristian ölkəsindəyəmsə kilsələrə getmişəm. İsraildə olarkən sinaqoqa da getməyi unutmamışam və hətta Hindistanda olarkən hind dini məbədlərini ziyarət etmişəm. Eləcə də pasxa və milad bayramında kilsələrdə oluram. Kilsədə xorla dua etmə mərasimini zövqlə dinləyirəm. Təbii ki, hər zaman öz Qurban və Ramazan bayramlarımızda da məscidləri ziyarət edirəm. Cox təəsüf edirəm ki, media bunu indi bilir...”.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az



Digər maraqlı xəbərlər Xalqinfo.az-ın Facebook səhifəsində

Brilliant Dadaşova dinini dəyişib? - Açıqlama

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler