» » Azərbaycan 2017-ci il üçün turizm marşrutları -

Azərbaycan 2017-ci il üçün turizm marşrutları - Siyahısında

Bölmə: Mədəniyyət
Azərbaycan 2017-ci il üçün turizm marşrutları -

Azərbaycan 2017-ci il üçün turizm marşrutları siyahısına daxil edilib.

Xalqinfo AzərTac-a istinadən xəbər verir ki, The Sunday Times portalının 2017-ci ildə turistlər üçün təklif etdiyi ölkələr sırasında Azərbaycan və Bakı haqqında ətraflı məlumat yerləşdirilib.

Xəbərdə bildirilir ki, Asiya və Avropa qovşağında yerləşən Azərbaycan Qərb və Şərq mədəniyyətlərini yaşadan bir ölkədir. Məlumatda ölkənin dekabr ayında Asiya üzrə ən çox ziyarət edilən istiqamətlər sırasında olduğu qeyd olunur. “Azərbaycanın populyarlığının artması turistlərin buradakı otellər, restoranlar və görməli yerlər haqqında müsbət rəyləri ilə müəyyən olunur. Turistlər arasında getdikcə bu ölkəyə maraq artır”, - deyə məqalədə bildirilir.

Yazıda həmçinin İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, Azərbaycan mətbəxi haqqında məlumat verilir. Eyni zamanda Bakıının müasir memarlıq nümunələri ilə də zəngin olduğu vurğulanır, Heydər Əliyev Mərkəzi və Flame Towers barədə ətraflı bəhs edilir, Naftalan neftinin müalicəvi əhəmiyyətindən danışılır.

Siyahıya həmçinin Kanada, bəzi Afrika ölkələri, Portuqaliya, Peru, Braziliya, Ekvador, Hindistan, İrlandiya daxil edilib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az



Digər maraqlı xəbərlər Xalqinfo.az-ın Facebook səhifəsində

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler