» » Məşhur yazıçı vəfat etdi

Məşhur yazıçı vəfat etdi

Bölmə: Mədəniyyət
Məşhur yazıçı vəfat etdi

Məşhur ingilis yazıçı Con Berqer 90 yaşında dünyasını dəyişib.

Xalqinfo.az-ın xarici KİV-ə istinadən məlumatına görə, yazıçı həyatının son illərini Parisdə keçirib.

Con karyerasına rəssam olaraq başlayıb. 1940-cı illərin sonlarında Londonda bir çox sərgiyə qatılıb. 1948-1955-ci illəri arasında incəsənət tənqidçisi olub və rəsm dərsləri verib.

Sonradan Burger filmlər üçün ssenarilər yazıb. Roman yazmaqla da məşhurlaşan yazıçının "G" adlı romanı 1972-ci ildə Buker mükafatını qazanıb.

C.Burgerin ən məşhur kitabları:

"Şanslı adam" (A Fortunate Man)
"İncəsənət və inqilab" (Art and Revolution)
"Görmə tərzləri" (Ways of Seeing)
"Yeddinci adam" (A Seventh Man)
"Pikassonun uğuru və uğursuzluğu" (The Success and Failure of Picasso)
"Və Üzlərimiz, Ürəyimiz, Şəkillər qədər qısa" (And Our Faces, My Heart, Brief as Photos)
"Fotokopiyalar" (Photocopies)
"Toya" (To the Wedding)
"Kral" (King)


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler