» » Əbülfəs Qarayevin bayram təbriki

Əbülfəs Qarayevin bayram təbriki

Bölmə: Mədəniyyət
Əbülfəs Qarayevin bayram təbriki

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə respublikamızın mədəniyyət və turizm ictimaiyyətini təbrik edib.

"Xalqİnfo"nun məlumatına görə, təbrikdə qeyd olunur ki, yola saldığımız 2016-cı il ölkəmizdə bir sıra əlamətdar hadisələrlə yadda qalıb:

"2016-cı il xalqımızın daha bir irs nümunəsi - lavaş çörəkbişirmə ənənəsinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi ilə yaddaşlara yazılıb. Həmçinin bu il Azərbaycan Birləşmiş Millətlər Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının 2017-ci il üçün sədri seçilib.

Ölkəmizin nail olduğu bu uğurlar Prezident İlham Əliyevin dəstəyi və təşəbbüsü ilə mədəniyyət və turizm sahələrində həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində mümkün olub. Ölkə rəhbərinin turizmin inkişafı məqsədilə imzaladığı sərəncamlar, habelə "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi" qarşımızda böyük və məsuliyyətli vəzifələr qoyur".

Nazirin təbrik müraciətində dövlət başçısının sərəncamı ilə 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili" elan olunması, bu kontekstdə keçirilən müxtəlif tədbirlərin Azərbaycanda multikultural dəyərlərin daha da möhkəmləndirilməsinə töhfə verdiyi vurğulanır:

"Bu gün Azərbaycan dünyada tolerantlıq örnəyi kimi yüksək dəyərləndirilir. Təbii ki, ölkəmizin dünyada layiqincə tanıdılmasında, mədəni irsimizin qorunub zənginləşdirilməsində, xalqımızın qonaqpərvərlik ənənələrinin təbliğində mədəniyyət və turizm sahələrində çalışan minlərlə vətəndaşımızın rolu və əməyi danılmazdır". Bu il ölkəmizə gələn turistlərin sayında nəzərəçarpacaq artımın olmasında dövlətimizin həyata keçirdiyi ardıcıl və məqsədyönlü turizm siyasəti mühüm rol oynamışdır.

Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən turizm nümayəndəliklərinin koordinasiyalı əməkdaşlığı, soydaşlarımızın həmrəyliyi, vətənpərvərliyi də bu proseslərə öz töhfəsini vermişdir. Respublikamızda həyatın bütün sahələri, o cümlədən mədəniyyət və turizm istiqamətləri məhz birgə səylərimizlə davamlı inkişaf edəcəkdir", - deyə təbrikdə bildirilir.

Nazir sonda bir daha respublikamızın mədəniyyət və turizm sahələrində çalışan bütün insanları, xalqımızı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, möhkəm cansağlığı və yeni uğurlar arzulayıb.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler