» » "Bu ili yeni mərhələ saymaq olar" -

"Bu ili yeni mərhələ saymaq olar" - Nazir

Bölmə: Mədəniyyət
"Bu ili yeni mərhələ saymaq olar" -

"Bu ili Azərbaycanın teatr tarixində yeni mərhələ saymaq olar".

Xalqİnfo.az "Report"a istinadən bildirir ki, bunu Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Dövlət Kukla Teatrının 85 illik yubileyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, son illərdə teatr sahəsində baş verən hadisələr yenilikdir: "Teatrın hayatında bir çox çətin və asan mərhələlər olur. Son illər ərzində teatrın fəaliyyəti yaradıcı proseslərdən daha çox, məişət və hansısa xırda məsələlərin üzərində cərəyan etməsi bizdə narahatlıq doğururdu. Lakin son bir ildə bu istiqamətdə aparılan tədbirlər Azərbaycan teatrının böyüklüyünü göstərdi. Əminəm ki, 145 illik tarixə malik olan teatrın ənənələri davam edəcək. Hesab edirəm ki, son bir il Azərbaycan teatrının tarixində yeni mərhələ oldu. Belə ki, əksər teatrlarımızda bir neçə böyük tamaşanın səhnəyə qoyulması böyük mədəniyyət hadisəsinə çevrildi".


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler