» » Dünyanın Zeynəbi 80 yaşında... -

Dünyanın Zeynəbi 80 yaşında... - Fotolar + Video

Bölmə: Mədəniyyət
Dünyanın Zeynəbi 80 yaşında... -

Bu gün canlı əfsanə, SSRİ xalq artisti (1980), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1985), “Heydər Əliyev” ordeni laureatı Zeynəb Xanlarovanın ad günüdür.

Xalqİnfo” xəbər verir ki, Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olub. O, 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb.

Ü.Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb. Sənətkarın repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur.

Z.Xanlarova Azərbaycanın qadın xanəndələri arasında “Çahargah” muğamının ilk ifaçılarından biridir. Haqqında “Salam, Zeynəb!” adlı sənədli televiziya filmi çəkilib.

Zeynəb Xanlarova həm də uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. “Şöhrət” ordeni ilə təltif edilib. 1975-ci ildən Azərbaycanın xalq artisti, 1980-ci ildən SSRİ xalq artisti, 1985-ci ildən Azərbaycan SSR Dövlət mükafatı laureatıdır.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az







Dünyanın Zeynəbi 80 yaşında... -
Dünyanın Zeynəbi 80 yaşında... -
Dünyanın Zeynəbi 80 yaşında... -
Dünyanın Zeynəbi 80 yaşında... -
Dünyanın Zeynəbi 80 yaşında... -
Dünyanın Zeynəbi 80 yaşında... -
Dünyanın Zeynəbi 80 yaşında... -
Dünyanın Zeynəbi 80 yaşında... -
Dünyanın Zeynəbi 80 yaşında... -
Dünyanın Zeynəbi 80 yaşında... -
Dünyanın Zeynəbi 80 yaşında... -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler