» » Nazirliyin kollegiya iclası keçirildi -

Nazirliyin kollegiya iclası keçirildi - Fotolar

Bölmə: Mədəniyyət
Nazirliyin kollegiya iclası keçirildi -

Bu gün Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi Aparatının işçiləri və nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxslərinin iştirakı ilə 2016-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.

Xalqİnfo” xəbər verir ki, iclasda geniş məruzə ilə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev gündəlikdə 6 məsələnin yer aldığını vurğulayıb.

Bildirib ki, bunlar nazirliyin 2016-cı il üçün hesabatının təsdiq edilməsi, nazirliyin 2017-ci ilin birinci yarısı üçün iş planının təsdiq edilməsi, Bakı şəhərinin ev və memorial muzeylərin vəziyyəti, onların sosial, elmi-metodik fəaliyyətinin əsas istiqamətləri, Qara Qarayev adına Mərkəzi incəsənət məktəbinin müsbət iş təcrübəsinin öyrənilməsi və yayılması, Azərbaycan prezidentinin 27 dekabr 2013-cü il tarixli “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın icrası və gənc mədəniyyət işçilərinin rasional fəaliyyətinin təşkili barədə məsələlərdir.

Nazir hesabat məruzəsində 2016-cı ildə ölkəmizdə keçirilən möhtəşəm tədbirlərdən, mədəniyyətin, turizm imkanlarının təbliği istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən, əldə olunan nailiyyətlərdən ətraflı söz açıb. Qeyd edib ki, ilin yekunlarını əhatə edən 70 səhifəlik təqdimat hazırlanıb və nazirliyin hesabat dövründəki fəaliyyəti geniş əks olunub.

Sonda kollegiya üzvlərinin müəyyən qeydləri nəzərə alınmaqla Mədəniyyət və Turizm Nazirliyinin 2017-ci ilin birinci yarımillik iş planı təsdiq edilib.

Əbülfəs Qarayev növbəti ildə nəzərdə tutulan işlərin həyata keçirilməsində hər kəsə uğurlar arzulayıb.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Nazirliyin kollegiya iclası keçirildi -
Nazirliyin kollegiya iclası keçirildi -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler