Ağaxan Abdullayevin dəfn olunacağı yer bəlli olduBölmə: Mədəniyyət
Xalq artisti, görkəmli muğam ustası Ağaxan Abdullayev dekabrın 26-da Türkan qəbiristanlığında dəfn olunacaq. Xalqİnfo.az-ın məlumatına görə, bu barədə APA-ya muğam ustasının qardaşı oğlu Vəlixan Abdullayev deyib. O, bildirib ki, sənətkarla vida mərasimi sabah saat 14:00-da Suraxanı rayonu Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında olacaq: «Ağaxan müəllim vəsiyyət etmişdi ki, məni kəndimizin qəbiristanlığında, atamın-anamın yanında dəfn edin. Onun vəsiyyətini yerinə yetirmək borcumuzdur. Ona görə də vəsiyyətinə uyğun olaraq sabah Türkanda kənd qəbiristanlığında torpağa tapşıracağıq. Xalq artistinin üç mərasimi dekabrın 27-də Təzə Pir Məscidində keçiriləcək". Qeyd edək ki, A. Abdullayev bu gün uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Şair xərçəng xəstəliyindən əziyyət çəkirdi. Əlaqə üçün E-mail: xalqinfo@mail.ru BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az |
XƏBƏR LENTİ
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|