» » Tahir Salahovdan prezidentə məktub -

Tahir Salahovdan prezidentə məktub - “Bütün istedadlı ailənizə...”

Bölmə: Mədəniyyət
Tahir Salahovdan prezidentə məktub -

Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ-nin, Azərbaycanın və Rusiyanın Xalq Rəssamı Tahir Salahov Azərbaycan prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib.

Xalqİnfo” xəbər verir ki, təbrik məktubunda deyilir:

“Sizi – Azərbaycan xalqının hamı tərəfindən qəbul edilmiş liderini, görkəmli dövlət xadimi və siyasi xadim Heydər Əlirza oğlu Əliyevin ideyalarının layiqli və ardıcıl davamçısını səmimi qəlbdən təbrik edirəm.

Sizin parlaq zəkanız, siyasi istedadınız, strateji təfəkkürünüz, insanlara qayğınız, ənənələrin qorunub saxlanılmasına, elm, mədəniyyət və incəsənətin inkişafına diqqətli və həssas münasibətiniz suveren Azərbaycanı yeni tarixi səviyyəyə yüksəldib.

Ən xoş arzularımı qəbul edin. Sizə və bütün istedadlı ailənizə möhkəm cansağlığı, uzun ömür, firavanlıq və səadət diləyirəm.

Mənə və yaradıcılığıma şəxsi münasibətinizə, xalqımızın mənəvi mədəniyyətinə misilsiz töhfələrinizə görə Sizə bir daha minnətdarlığımı bildirirəm”.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler