» » Milli Məclisin zövqlü deputatları kimlərdir? - “Saç rəngi yaraşmır”

Milli Məclisin zövqlü deputatları kimlərdir? - “Saç rəngi yaraşmır”

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR, MANŞET
Milli Məclisin zövqlü deputatları kimlərdir? - “Saç rəngi yaraşmır”

Onlar tək çıxışları ilə deyil, eyni zamanda geyimləri ilə də ictimaiyyətin diqqət mərkəzindədirlər. Söhbət siyasətçilərdən gedir. Dünyada olduğu kimi, Azərbaycanda da xanım siyasətçilər bir qayda olaraq geyimlərində klassik üsluba üstünlük verirlər. Belə desək, klassik paltarlar və dikdaban ayaqqabılar onların qarderobunda öncül sıralardadır.

Ancaq millət vəkilləri arasında fərqli və göz oxşayan geyimlərdən də istifadə edənlər az deyil. Belə ki, bir neçə xanım siyasətçimiz müxtəlif aksessuarlardan, şərflərdən, fərqli saç düzümlərindən istifadə edərək xarici görünüşlərinə əlavə rəng qatırlar.

Belələri içərisində millət vəkili Qənirə Paşayevanın, Sevinc Fətəliyevanın, Bahar Muradovanın, Ülviyyə Ağayevanın, Jalə Əliyevanın və s. adlarını çəkmək olar.

Adları çəkilən millət vəkilləri daim səliqəli saç düzümləri ilə yanaşı, eyni zamanda geyimləri ilə də fərqlənməyi bacarırlar. Məsələn, vitse-spiker Bahar Muradova, Elmira Axundova həmişə klassik üslubda geyinsələr də, geyimlərini müəyyən aksesuarlarla tamamlayaraq göz oxşayırlar.

Millət vəkilləri Qənirə Paşayeva, Sevinc Fətəliyeva isə həm saç, həm də geyimləri ilə fərqlənməkdədirlər.

“Qafqazinfo” bu məqamda moda eksperti Afaq İsmayılzadəyə də müraciət edərək xanım millət vəkillərinin geyimlərinə şərh öyrənib.

A.İsmayılzadə bildirib ki, Milli Məclisdə ən seçilən xanım deputat Zeynəb Xanlarovadır:

Milli Məclisdə seçilən xanımlar var. Başda Zeynəb Xanlarovanı misal çəkmək istərdim. Xanım deputatın qeyri-adi bir tərzi var. Bu tərz təkrarolunmazdır, tək ona yaraşır. Həmin geyim modellərini başqasının üzərində düşünə bilmirik”.

Milli Məclisin zövqlü deputatları kimlərdir? - “Saç rəngi yaraşmır”














Bahar Muradovanın özüməxsus geyim tərzi var. Xanım millət vəkili bədəinə uyğun paltarlardan istifadə edir. Klassikaya daha çox üstünlük verir. Tərzində qüsur görmürəm, özünə yaraşanları seçir”.

Milli Məclisin zövqlü deputatları kimlərdir? - “Saç rəngi yaraşmır”














Qənirə Paşayeva həm işi, həm də geyimində seçilir. Xüsusi bir stili var. Bəzən sportla klassikanı qataraq fərqli bir şey ortaya çıxarır. Bildiyiniz kimi həmin xanım xeyli çəki atdı. Bundan sonra geyim tərzi dəyişdi. Hər xanım kilo atdıqdan sonra tərzini yaxşı təqdim edə bilmir. Qənirə xanımda isə bu çox yaxşı alındı”.

Milli Məclisin zövqlü deputatları kimlərdir? - “Saç rəngi yaraşmır”














Jalə Əliyeva çox baxımlı xanımdır, üz quruluşu əsl azərbaycanlı xanım standartlarına uyğundur. Məlahətli bir obrazı, özünəməxsus stili var”.

Milli Məclisin zövqlü deputatları kimlərdir? - “Saç rəngi yaraşmır”














Sevinc Fətəliyeva gənc millət vəkillərimizdən biridir, standart siyasətçi xanımlar kimi geyinir. Düşünürəm ki, geyimdən çox işinə, fəaliyyətinə daha çox önəm verir”.

Milli Məclisin zövqlü deputatları kimlərdir? - “Saç rəngi yaraşmır”














Elmira Axundova Milli Məclisin maraqlı xanım deputatlarından biridir. Xüsusi geyim tərzi var və Avropasayağı geyimlərdən istifadə edərək obrazını tamamlayır. Bu cür siyasətçilər klassikaya üstünlük verirlər, ancaq həmin xanım geyimlərinə müxtəlif çalarlar əlavə edərək fərqli görünməyə çalışırlar”.

Milli Məclisin zövqlü deputatları kimlərdir? - “Saç rəngi yaraşmır”














Ülviyyə Ağayeva sırf klassik üsluba müraciət edir. Çox zövqlü geyimlərdən istifadə edir. Yəni, siyasətçi xanımların bəlli bir tərzi var və bu tərzdə Ülviyyə xanım əməl edir”.

Milli Məclisin zövqlü deputatları kimlərdir? - “Saç rəngi yaraşmır”














Məlahət İbrahimqızı ciddi klassik üsluba müraciət edir. Mənim fikrimcə, hazırki saç rəngi ona yaraşmır. Saçlarının rəngi tünd olsa, yaxşı olardı”.

Milli Məclisin zövqlü deputatları kimlərdir? - “Saç rəngi yaraşmır”
















Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler