» » İbrahim Tatlıses güllələnəndə...

İbrahim Tatlıses güllələnəndə...

Bölmə: Mədəniyyət
İbrahim Tatlıses güllələnəndə...

Türk filmlərinin sevimli aktyoru Aydemir Akbaş iştirak etdiyi proqramlardan birində müsahibə verib.

Xalqİnfo.az-ın “Sözcü”ə istinadən məlumatına görə, aktyor veriliş boyu daha çox dostu müğənni İbrahim Tatlıses haqqında danışıb. O, müğənninin asistantı olan Damlanın onu çox sevdiyini bildirib.

“Damla İbrahimi incitməyən yeganə adam idi. Onu çox sevirdi. Damla bizdən ayrılan an İbrahimin məni qucaqlayıb ağlamağını heç vaxt unutmaram. Deryanı da çox sevirəm, hətta, dostumdan da çox. Onları barışdırmağa çalışdım, amma olmadı”, - deyə Aydemir vurğulayıb.

Aktyor qeyd edib ki, Tatlıses Ayşegül ilə evlənəndə ona deməyib:

“Əgər mən onların evlənəcəyini bilsəydim, qoymazdım. Ayşegülü alınca iki tibb bacısı saxlasaydı, daha yaxşı olardı. Sadəcə o aralar İbrahimin qayğıya ehtiyacı vardı”.

Akbaşın sözlərinə görə, o, hər zaman İbrahimin yanında olardı, amma təkcə müğənni güllələnəndə orada olmayıb. Aydemir bildirib ki, əgər o da müğənni ilə olsaydı, onu da vuracaqdılar.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

İbrahim Tatlıses güllələnəndə...
İbrahim Tatlıses güllələnəndə...

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler