» » Leyla Əliyeva təqdimat mərasimində iştirak etdi

Leyla Əliyeva təqdimat mərasimində iştirak etdi

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR, MANŞET
Leyla Əliyeva təqdimat mərasimində iştirak etdi

Azərbaycan Dövlət Filarmoniyasının xalq artisti, professor Arif Məlikovun not əsərlərinin tam külliyatının təqdimat mərasimi keçirilib.

XalqInfo.az “Report”a istinadən xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə iştirak ediblər.

Ə.Qarayev Arif Məlikovun yaradıcılığından danışaraq bəstəkarı “canlı əfsanə” adlandırıb: "Bu külliyatın nəşri ilə bəstəkarın əsərləri insanlar üçün artıq daha əlçatan olacaq. Azərbaycan xalqı var olduğu müddətdə Arif Məlikovun əsərləri unudulmayacaq".

Qeyd olunub ki, bəstəkarın “Məhəbbət əfsanəsi” baleti dünyanın 60 teatrında səhnələşdirilib və 50 ildən çoxdur Rusiya teatrlarında nümayiş etdirilir.

Eyni zamanda, Arif Məlikov “Sehrli xalat”, “26 Bakı komissarı”, “Axırıncı aşırım”, “Ulduzlar sönmür”, “Qərib cinlər diyarında” və s. Azərbaycan filmlərinə də musiqi yazıb.

Leyla Əliyeva təqdimat mərasimində iştirak etdi
Leyla Əliyeva təqdimat mərasimində iştirak etdi
Leyla Əliyeva təqdimat mərasimində iştirak etdi
Leyla Əliyeva təqdimat mərasimində iştirak etdi
Leyla Əliyeva təqdimat mərasimində iştirak etdi
Leyla Əliyeva təqdimat mərasimində iştirak etdi
Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler