» » Bakı məşhur turist şəhərləri siyahısında - İlk beşlikdəyik

Bakı məşhur turist şəhərləri siyahısında - İlk beşlikdəyik

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR, MANŞET
Bakı məşhur turist şəhərləri siyahısında - İlk beşlikdəyik

Nüfuzlu tripadvisor.com səyahət məsləhətçisi saytının ötən ilin oktyabrından bu ilin oktyabr ayına qədər topladığı rəy sorğusunda daha çox üstünlük verilən və inkişaf etməkdə olan turizm məntəqələri siyahısında Bakı şəhəri beşinci yerdə qərarlaşıb.

Xalqİnfo” xəbər verir ki, reytinq siyahısı 43 istiqamət üzrə xüsusi uçuşlar, HOTEL və restoranların bron edilməsi və artan turist maraqları əsasında hazırlanıb.

Saytın Asiya-Sakit okean regionu üzrə kommunikasiyalar direktoru xanım Janis Li Fanq reytinq sıralamasında önə çıxan şəhərlərin 2017-ci ildə də səyahət üçün üstünlük verilən məntəqələr arasında olacağına ümid etdiyini bildirib. Əlavə edib ki, bu siyahı səyahət sevərlərin seçimlərinə öz müsbət təsirini göstərəcək. O həmçinin ölkəmiz və paytaxtımız haqqında da xoş təəssüratlarını bölüşüb:

“Biz çox məmnunuq ki, Bakı populyarlaşmaqda olan turizm məntəqələri siyahısında ön sıralarda dayanır. Səyahət sevərlərin 65 faizi Azərbaycanı Şərqlə Qərbin qovşağında yerləşən qədim tarixə və möhtəşəm mədəniyyətə malik ölkə kimi səciyyələndirdi. Ümidvaram ki, bu gözəl şəhəri 2017-ci ildə də görmək istəyənlərin sayı çox olacaq”.

Nəzərinizə çatdıraq ki, siyahıda San-Xose-del-Kabo (Meksika), Uistler (Kanada), Jijoka de Jerikuakuara (Braziliya) və Kihei (Havay, ABŞ) kimi məşhur turistik ünvanlar yer alıb.

Saytın təqdim etdiyi onluqda həmçinin El-Nido (Filippin), Eylat (İsrail), Las-Palmas (İspaniya), Tbilisi (Gürcüstan) və Jodhpur (Hindistan) kimi şəhərlərin də adları yer alır.

Qeyd edək ki, məşhur tripadvisor.com saytı artıq 5-ci ildir ki, daha çox üstünlük verilən və inkişaf etməkdə olan turizm məntəqələrinin reytinq sıralamasını açıqlayır.

https://www.tripadvisor.com.sg/PressCenter-i7831-c1-Press_Releases.html


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler