» » Azərbaycanlı müğənninin arvadı “Qremmi”yə namizəddir - Siyahı

Azərbaycanlı müğənninin arvadı “Qremmi”yə namizəddir - Siyahı

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR, MANŞET
Azərbaycanlı müğənninin arvadı “Qremmi”yə namizəddir - Siyahı

Məşhur azərbaycanlı opera müğənnisi Yusif Eyvazovun həyat yoldaşı, Rusiyanın xalq artisti Anna Netrebko “Qremmi” mükafatının “Ən yaxşı klassik solo vokal albom” nominasiyasına namizəddir.

Xalqİnfo”nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, o, “Verismo” albomu ilə bu ad uğrunda mübarizə aparacaq.

Həmçinin, Yen Bostric, Dorotey Pyoşman, Maqdalena Kojena və Səbinə Deviye bu nominasiya üzrə namizədlər sırasındadır.

“İlin albomu” nominasiyası üzrə Adel (“25”), Beyons (“Lemomade”), Castin Biber (“Purpose”), Dreyk (“Views”), Stercil Simpson (“A Sailor's Guide To Earth”) namizəddirlər.

“İlin ən yaxşı mahnısı” nominasiyası üzrə Beyons (“Formation”), “Adel (“Hello”), Mayk Pozner (“ I took a pill in Ibiza”), Castin Biber (“Love yourself”), Lukas Qrem (“7 years”) namizəddir.

Ümumlikdə, Beyons 9, Kanye Uest, Dreyk və Rihanna 8, Adel isə 7 nominasiyaya namizəddir.

Mükafatlandırma mərasimi 2017-ci il fevralın 12-də keçiriləcək.

Qeyd edək ki, 44 yaşlı Anna Netrebko ilə 38 yaşlı Yusif Eyvazov 2015-ci ilin dekabrında ailə qurub. A. Netrebkonun uruqvaylı bariton Ervin Şottla nikahından 7 yaşlı Tyaqo adlı oğlu var.



Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Azərbaycanlı müğənninin arvadı “Qremmi”yə namizəddir - Siyahı

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler