» » Amaliya Pənahova nazirlə yanaşı oturmaq istəməsi xəbərindən danışdı - Açıqlama + Yenilənib

Amaliya Pənahova nazirlə yanaşı oturmaq istəməsi xəbərindən danışdı - Açıqlama + Yenilənib

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR, MANŞET
Amaliya Pənahova nazirlə yanaşı oturmaq istəməsi xəbərindən danışdı - Açıqlama + Yenilənib

Xalq artisti Amaliya Pənahova əfsanəvi aktrisa Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi münasibəti ilə keçirilən yubiley tədbirində baş verənlərdən danışıb.

Xalqİnfo.az bildirir ki, xalq artisti Ölkə.Az-a açıqlamasında bildirib ki, ümumiyyətlə həmin tədbirdə iştirak etməyib:

"Həmin tədbir keçirilən vaxt mən Bakıda olmamışam. Ona görə də belə bir hadisənin baş verməsi mümkünsüzdür".

Qeyd edək ki, bizimyol.info-nun yaydığı xəbərdə bildirilir ki, xalq artisti Amaliya Pənahova tədbirin rəsmi protokol qonaqları sırasına daxil edilməyib. Xalq artisti zala daxil olaraq rəsmi qonaqlar sırasında əyləşmək istəyib, lakin tədbirin təşkilatçıları buna imkan verməyib.

Amaliya Pənahova təkidlə o sırada əyləşmək istədiyini bildirsə də bu mümkün olmayıb. Onun əyləşdiyi yerin yüksək rütbəli məmur üçün ayrıldığı bilidirilib. Bu zaman xalq artisti yüksək səslə danışaraq tədbiri tərk edəcəyini bildirsə də, daha sonra o tamaşaçılar arasında özü üçün ayrılmış yerdə əyləşib.

Bu hadisə zalda oturan insanlar tərəfindən təəccüblə qarşılanıb.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler