» » “Azərbaycan” kinoteatrı fəaliyyətə başladı -

“Azərbaycan” kinoteatrı fəaliyyətə başladı - FOTO

Bölmə: Mədəniyyət
“Azərbaycan” kinoteatrı fəaliyyətə başladı -

“Azərbaycan” kinoteatrı yenidən fəaliyyətə başlayıb. Bütünlüklə yenilənmiş kinoteatr “CinemaPlus” premium kinoteatrlar şəbəkəsinə daxildir.

Xalqİnfo.az bildirir ki, “CinemaPlus”dan Azərtac-a bildirilib ki, dünya standartlarına cavab verən və iki mərtəbədən ibarət kinoteatrda 3 zal və 190 oturacaq yeri var. Zallar rahat və yüksək keyfiyyətli kreslolar ilə təchiz olunub.

Xüsusi zövq ilə layihələndirilmiş VIP zalda tamaşaçılar ayrıca masası olan kreslolarda film izləyə bilərlər. Bundan əlavə, kinoteatrda birinci mərtəbədən ikinci mərtəbəyə qalxmaq üçün xüsusi liftlər quraşdırılıb. Onların köməyi ilə həm VIP zalın tamaşaçıları növbə gözləmədən zala daxil ola, həmdə fiziki qüsurlu insanlar əlil arabaları ilə rahat şəkildə ikinci mərtəbəyə qalxa bilərlər. Həmçinin əlil arabalı insanlar üçün zallarda xüsusi yerlər quraşdırılıb.

Qeyd edək ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsinə “CinemaPlus 28 Mall”, “Cinema Plus Ganjlik Mall”, “CinemaPlus Aygün City”, “Cinema Plus Amburan Mall” və Gəncə şəhərində yerləşən “Cinema Plus Khamsa” də daxildir.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

“Azərbaycan” kinoteatrı fəaliyyətə başladı -
“Azərbaycan” kinoteatrı fəaliyyətə başladı -
“Azərbaycan” kinoteatrı fəaliyyətə başladı -


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler